Ru
12:05 / 15 Aprel 2024

Dünyanın ən yaşlı bitişik əkizləri vəfat etdi - FOTO

Dünyanın ən yaşlı bitişik əkizləri vəfat etdi -  FOTO
Eye

Dünyanın ən yaşlı bitişik əkizləri kimi tanınan Lori və Corc Şappel dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"ndan bildirilib.

Qeyd olunub ki, onlar 7 apreldə Pensilvaniya Universiteti Xəstəxanasında dünyasını dəyişiblər.

18 sentyabr 1961-ci ildə ana bətnində kəllə sümüyünün birləşmiş halda doğulan bacı-qardaşlar həyati qan damarlarını və beyinlərinin 30 faizini (frontal və parietal loblar) paylaşırdılar.

Doğulanda 30 yaşa qədər yaşayacaqları proqnozlaşdırılan əkizlər 62 il 202 gün yaşayıblar.

"Biz doğulanda həkimlər 30 yaşına çatacağımızı düşünmürdülər, lakin biz onların yandığını sübut etdik" Lori 50 yaşı tamam olanda verdiyi müsahibədə deyib.

Birləşmiş əkizlərdən biri olan Corc 2007-ci ildə transseksual olduğunu açıqlamışdı.


Aygün
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar