Ru
16:59 / 31 Oktyabr 2023

DYP-yə yeni maşınlar verildi

6471
Baş Dövlət Yol Polisi İdarəsinə yeni avtomobillər verilib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra fotolar paylaşılıb. "Volvo S90" modeli olan avtomobillər artıq xidməti maşın kimi istifdaə olunur.

Qeyd edək ki, BMV modelindən sonra patrul avtomobilləri "Mersedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hunday" və KİA-nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur.

"Volvo" markası isə DYP sistemində yenidir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.
DYP-yə yeni maşınlar verildi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər