Ru
13:17 / 05 Avqust 2024

Ədalət Ətayi vəfat etdi

Ədalət Ətayi vəfat etdi
Eye

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi dünyasını dəyişib.


ŞAR-dan Bakupost.az -a verilən məlumata görə, elm xadimi avqustun 4-də uzunsürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy rayonunun Naftalan qəsəbəsində anadan olub. Alim 70-dan çox elmi əsərin və 100-ə yaxın elmi-kütləvi məqalələrin, o cümlədən bir sıra digər kitabların müəllifidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar