Buryatiyanın Muy rayonundakı "İrokinda" mədənində qar uçqunu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Texnoloji yolu təmizləyən doqquz nəfər qar kütləsinin altında qalıb. Üç nəfər oradan sağ çıxa bilib.
"Altı nəfərin cansız bədəni qar altından çıxarılıb", - deyə qurum qeyd edib.
Qeyd olunur ki, axtarış-xilasetmə işlərinə 60 nəfər, eləcə də Rusiya FHN-ə məxsus "Mi-8" helikopteri cəlb olunub.
Həmçinin məlum olub ki, hadisə faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə cinayət işi açılıb.
Axtarış-əməliyyat tədbirlərinin başa çatdığı bildirilib.