Ermənistan və Türkiyə nümayəndələri arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi ilə bağlı işçi qrupunun iclası keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq Qars şəhərində Gümrü–Qars dəmir yolunun bərpası və istismarı üzrə birgə işçi qrupunun iclası keçirilib”, – deyə nazirlik vurğulayıb.
ABŞ-ın Ermənistandakı səfirliyində isə işçi qrupunun görüşü Cənubi Qafqazda sülh və rifah yolunda tarixi irəliləyiş kimi qiymətləndirilib.