Bu gün məlum oldu ki, Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələnib.
Bakupost.az xəbər verir ki, diektorun hansı səbəbdən cərimələndiyi maraq doğurub.
Bu məsələdən heç kim məlumatlı olmasa da, K.Şükürovun institutun fb platformasındakı açıqlamalarından bəzi mətləblər aydın olub.
Mediada yazılanlardan bəlli olur ki, qalmaqallı cərimənin səbəbi institutda bir neçə ay öncə baş vermiş hadisədir.
Belə ki, institutun 77 yaşlı əməkdaşı Tofiq Həsənov 2025-ci il dekabrın əvvəlində təzyiqinin aşağı düşməsi səbəbilə sanitar qovşaqda özünü narahat hiss edib. Bununla bağlı təcili yardım çağırılıb, ailəsinə məlumat verilib. Hadisədən sonra Tofiq Həsənov bülletenə çıxıb və daha sonrakı proses çərçivəsində institut direktoru cərimələnib.
Çıxarılan qərarla razılaşmayan institutun direktoru Kərim Şükürov cebheinfo.az-a bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə bununla bağlı bütün dəlil-sübutların təqdim edilməsinə baxmayaraq, baş verən olay bədbəxt hadisə hesab edilib:
“İstitutun direktoru kimi ştat cədvəli üzrə əmək haqqım 1150 manat olduğu halda, aprelin 23-də, hadisədən 5 ay sonra mənə 1000 manat cərimə tətbiq edilib. Çıxarılan qərarla razılaşmıram və bununla bağlı hüquqi mübarizəmi davam etdirəcəyəm, məhkəməyə müraciət etməyi düşünürük”.
Beləliklə, institutda daha bir məhkəmə çəkişməsinə hazırlıq gedir. Bundan əvvəl isə institutun özü və digər bir işçisi başqa bir xanım əməkdaşı məhkəməyə verib.