Ru
17:41 / 04 İyun 2024

Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib

1158
Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib.

Bakupost.az xəbər verir ki, bu Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə mümkün olub.


Beləliklə, Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu belə olacaq:

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Notariat, qeydiyyat və reyestr baş idarəsi

İcra xidməti (baş idarə səlahiyyətli)

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Beynəlxalq əməkdaşlıq baş idarəsi

Bələdiyyələrlə iş baş idarəsi

Cəzaların icrasına nəzarət baş idarəsi

İstintaq idarəsi

İnsan resursları idarəsi

Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi

Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi

Maliyyə və təminat idarəsi

Mətbuat xidməti (idarə səlahiyyətli).

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Aparatının əvvəlki strukturu aşağıdakı kimi olub:

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Ədliyyə sahəsində xidmətlər baş idarəsi

İcra baş idarəsi

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

İnsan resursları baş idarəsi

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və kommunikasiya idarəsi

İstintaq idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər