"Asiyalı Maradona" ləqəbli İranın əfsanəvi futbolçusu Əli Kərimidir İsrailin İrana endirdiyi zərbələrlə bağlı hakimiyyətə müraciət edib.
“İslam Respublikasına və onun tərəfdarlarına müraciət!
2009-cu ildə xalqın səsini eşitmədiniz, zorlayırdınız, öldürürdünüz.
2017-ci ildə xalqın səsini eşitmədiniz, işgəncə verirdiniz, öldürürdünüz.
2019-cu ildə xalqın səsini eşitmədiniz, zorlayırdınız, işgəncə verirdiniz, öldürürdünüz.
2022-ci ildə xalqın səsini yenə eşitmədiniz, zorlayırdınız, işgəncə verirdiniz, kor edirdiniz, öldürürdünüz.
İndi isə öz axmaq hərəkətlərinizin ucbatından dalana dirəndiyiniz bir vaxtda xalqa müraciət etməyin.
İsrailin hücumu sizin 46 illik qanunsuzluğunuzun, vəhşiliyinizin və quldurluğunuzun bədəlidir.
Bu bədəli siz və sizin ətrafınızdakı quldurlar ödəməlidir.
İranın və iranlıların əsl düşmənləri sizsiniz.
Və məhz siz getməli və tarixin qara dəliyində yox olmalısınız.
İranın və iranlıların düşməni sizsiniz”.
Bakupost.az