Ru
13:11 / 23 May 2025

Əfv Komissiyasına daha çox piyada ölümünə səbəb olan sürücülər müraciət edib - Deputat

Əfv Komissiyasına daha çox piyada ölümünə səbəb olan sürücülər müraciət edib - Deputat
Eye

Əfv Komissiyasına müracətlərin çox hissəsini piyada ölümlərinə səbəb olan sürücülər təşkil edir.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Əfv Komissiyasının üzvü Zahid Oruc parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə 1427 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1952 nəfər bundan zərər çəkib:

"Bu göstərici də əvvəlki illərlə müqayisədə 13 faizə qədər azdır. Əfv Komissiyasının üzvləri olaraq, müraciətlərə baxdıqda statistikanın çox hissəsini piyadavurma ilə bağlı hadisələrin təşkil etdiyini görürük. Piyadalar sanki yolun hakimidirlər. Ona görə də yol-nəqliyyat hadisələrində həyatını itirənlərin 60 faizi piyadalar olur. Bu səbəbdən lap bağçadan başlayaraq köklü dəyişiklik edərək piyada mədəniyyəti formalaşdırmalıyıq”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar