Ru
12:15 / 24 Aprel 2024

Elçin Əfəndiyevin son durumu açıqlandı

1623
Xalq yazıçısı Elçin Əfəndiyev bir neçə gün əvvəl əməliyyat edilib.

Bakupost.az modern.az-a istinadla xəbər verir ki, katibi Elçin Əfəndiyevin hələ də xəstəxanada olduğunu bildirib.

"İstanbuldadır, vəziyyəti yaxşıdır, hər şey bərpa olunur. Elə də ağır əməliyyat deyildi. Təhlükəli bir şey yoxdur.
Daxili bir problemlə bağlı əməliyyat idi. Hər şey qaydasındadır", - açıqlamada deyilir.

Elçinin Azərbaycana nə zaman qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Elçin Əfəndiyev yazıçı İlyas Əfəndiyevin oğludur. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər