Ru
13:33 / 02 İyun 2025

Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir - SƏBƏBİ

Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir - SƏBƏBİ
Eye

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından məlumat verilib.

Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.

Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Xatırladaq ki, bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində dindirilən Eldar Mahmudovun həbs edilməməsinə baxmayaraq, ölkədən çıxışına məhdudiyyət qoyulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar