Ru
09:48 / 11 İyul 2024

Əliməmməd Nuriyev seçkilərə qatıldı – Musa Qasımlı namizəd olmayacaq? - VİDEO

Əliməmməd Nuriyev seçkilərə qatıldı – Musa Qasımlı namizəd olmayacaq? -  VİDEO
Eye

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq.

Bakupost.az –ın məlumatına görə, Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən verib.

Ə.Nuriyev xəbəri Bakupost.az -a təsdiqləyib. Bildirib ki, sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edib.


Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi.


Görünür, bu dəfə o, namizəd olmayacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.



Elnur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar