Ru
13:42 / 09 May 2025

"Embawood " 20 min manat cərimələndi - - SƏBƏBİ

"Embawood "  20 min manat cərimələndi - - SƏBƏBİ
Eye

Mebel satışı ilə məşğul olan "Embawood MMC" əmək müqaviləsi olmadan işçi çalışdırdığı üçün cərimələnib.

Bakupostşaz xəbər verir ki, şirkətə 20 min manat cərimə yazılıb.

MMC barədə 13 mart 2025-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının əmək fəaliyyəti ilə bağlı nəzarət qaydasında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən fiziki şəxslərə hər hansı işlərin (xidmətlərin) uyğunlaşdırılmasına uyğunlaşdırılmasına görə) maddəsi ilə tərtib edilən protokol məhkəmə tərəfindən təsdiq edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar