Ru
20:52 / 09 İyul 2025

Ərdoğan İmamoğlu ilə bağlı bu təklifə razılıq verdi

Ərdoğan İmamoğlu ilə bağlı bu təklifə razılıq verdi
Eye

Ötən gün MHP sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) barədə aparılan korrupsiya istintaqı ilə bağlı məhkəmə prosesinin TRT-də canlı yayımlanmasını təklif edib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün TBMM-də partiyasının qrup toplantısından sonra jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib.

O, təklifə müsbət yanaşdığını söyləyib: “Cənab Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl təşəbbüsdür, xeyirli olar”.

Qeyd edək ki, canlı yayım məsələsinin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu ilin martında “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma, fırıldaqçılıq”, “şəxsi məlumatların əldə edilməsi” ittihamları ilə həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar