Ru
10:22 / 10 İyul 2025

Quyudan su götürmək istəyərkən öldü

Quyudan su götürmək istəyərkən öldü
Eye

Hacıqabulda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, dünən saat 00:15 radələrində rayonun İkinci Udulu kənd sakini 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayevi yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

Belə ki, 55 yaşlı kişi həyətdəki artezian quyusundan su götürmək istəyərkən su nasosuna qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunub. Nəticədə o, cərəyan vurmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar