"Prezident Rəcəb Tayyib Ərdoğan mayın 28-də Müstəqillik Gününü qeyd etmək üçün Azərbaycana səfər edəcək".
Bakupost. az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "X" sosial şəbəkə hesabında yazıb.
Altun Ərdoğanın səfər proqramını paylaşıb:
"Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçiriləcək görüşlərdə iki ölkə arasındakı münasibətlərlə yanaşı, aktual regional və qlobal proseslərə dair fikir mübadiləsi aparılması nəzərdə tutulur. Həmçinin Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə "Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Görüşü"nün 2-ci iclası keçiriləcək. Cənab Prezidentimiz səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək, eyni zamanda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçiriləcək mədəniyyət tədbirinə qatılacaq.”
Aysel,
BakuPost