Ru
18:15 / 27 May 2025

Real TV-nin Kəşmirdə hücuma məruz qalan məsciddən EKSKLÜZİV GÖRÜNTÜLƏRİ

 Real TV-nin Kəşmirdə hücuma məruz qalan məsciddən EKSKLÜZİV GÖRÜNTÜLƏRİ
Eye

Real TV-nin jurnalistləri Vəfa Həmzəyeva və Sabir Səfərov Pakistan-Hindistan arasında yenidən alovlanan gərginlik fonunda, bölgəyə səfər edərək eksklüziv kadrlar yayımlayıb. Telekanalın çəkiliş komandası, hava məkanının bağlı olmasına və təhlükəli şəraitə baxmayaraq, Kəşmir və Camu bölgələrinə daxil olmağı bacarıb. Qeyd edək ki, münaqişə zonasına daxil olan ilk xarici media məhz Real TV olub.

Jurnalistlər cəbhə xəttinə qədər irəliləyərək, müharibənin gətirdiyi dağıntıları, mülki əhalinin yaşadığı faciələri və bölgədə illərlə davam edən ağrı-acını yerində lentə alıblar. Hücuma məruz qalan məscidlərdən birindən əldə olunan görüntülər dünya ictimaiyyətinə çatdırılıb.

Əldə edilən bu eksklüziv materiallar yalnız informasiyanın deyil, həm də vicdanın səsinin daşıyıcısı olub. Real TV-nin bu peşəkar və obyektiv fəaliyyəti Pakistan İslam Respublikasının Azad Kəşmir və Camu administrasiyası tərəfindən yüksək qiymətləndirilib və kanal mükafata layiq görülüb.

Yeri gəlmişkən, tezliklə Vəfa Həmzəyevanın müəllifi olduğu “Bölünmüş Cənnət” sənədli filmi Real TV-də təqdim olunacaq.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar