Ru
11:50 / 29 May 2026

Erməni polkovnik: Paşinyan Elçibəydən öyrənməli idi

Erməni polkovnik: Paşinyan Elçibəydən öyrənməli idi
Eye

Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrindən biri, ehtiyatda olan polkovnik Senor Hasratyan İrəvanda keçirilən hərbi paradı sərt tənqid edib.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı fikirlərdə 1992-ci ildə Bakıda keçirilmiş hərbi paradla 2026-cı ildə İrəvanda təşkil olunan hərbi mərasimi müqayisə edib.

Hasratyan iddia edib ki, həm 1992-ci ildə Bakıda, həm də bu gün İrəvanda keçirilən paradlar “məğlub orduların” tədbiri olub.

“Fərq ondadır ki, Bakıda keçirilən paraddan sonra iştirakçılar birbaşa cəbhəyə yollandılar, İrəvanda isə parad iştirakçıları daimi dislokasiya yerlərinə qayıdaraq yerləşdirilmiş “sülhdən” yararlanırlar”, – o bildirib.

O, həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy arasında müqayisələrə toxunaraq, onların arasında böyük fərq olduğunu iddia edib.

Şərhlər
  • B.Qarabağlı, BMT və digərlərinə

    İbtidai icmalardan İnsan Haqqlarının nisbi bərabərlik zəmanətinə and verən yeni-dövr Unikal Siyasi liderlərin bəziləri vəd-anddan sonra sanki, qlobBaş hökmdara çevrilirlər? A)Bəyan edilmiş Ermənistana elə həmin 1918ci ildən bu günə qədər nəinki, hərbi təcavüz, bircə qarış belə yeriyən, təcavüz olmayıb! B)Azərbaycanın coğrafi mərkəzindən-öz DQMVndən, xaricdən (guya gizli-separat?) Siyasi-hərbi (366, fövqəl qüvvələr) dəstəklənən etnik-kütləvi terror işğalına qarşı Azərbaycan Lideri güman ki, eləcə öncəki və sonrakılar kimi qüvvələr nisbətinə görə yaranan Xalq Cəbhəsini unudaraq *ATƏT gəlib, qaytaracaq!* demişdi. Hərb, artıq çoxdan şüurlu vətəndaşların vahid Yer məskən-məkanını müdafiə etmir, hüquqlara, siyasi diplomatiyaya zidd-cinayətlərlə dağıtmaqdadır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar