Ru
15:47 / 24 Aprel 2024

"Ermənilər rusları Zəngəzurdan iki yolla çıxara bilər" - Politoloq

1381
“Ötən gün prezident İlham Əliyev rus sülhməramlıların çıxarılması ilə bağlı maraqlı açıqlama verdi. Bildirdi ki, bunun əsası 2020-ci ildə qoyuldu. O zaman müharibənin sonuncu günündə danışıqlarda ən çətin razılığa gəlinən məqam bu idi. Ermənilər rus sülhməramlılarının Qarabağda qalmasını müddətsiz və həmişəlik etmək istəyirdilər. Biz isə 5 illik müddətdə təkid etdik. Dedik ki, ya bu qəbul ediləcək, ya müharibə davam edəcək. Bizim qoşunlar artıq Xankəndinin girəcəyində idi və bir neçə saata şəhər götürəcəkdik. Bundan sonra 15 minlik erməni ordusu mühasirəyə düşəcəkdi və ən yaxşı halda təslim olacaqdılar. Demək ki, 5 illik müddət bu qədər prinsipial imiş. Ermənilər də istəsəydilər, Zəngəzur yolunda 5 illik müddəti ruslardan tələb edə bilərdilər. Etmədilər, edə bilmədilər. Əksinə 2021-ci ilin mayında öz tərəflərindən ruslara Azərbaycanla sərhəddə və Zəngəzur yolunda yeni məntəqələr verdilər”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Fuad Çıraqov deyib.

Onun sözlərinə görə, Gümrüdəki Rusiya hərbi bazası üçün zaman limiti var. Hərçənd çıxarılma mexanizmi aydın göstərilməyib. Amma Zəngəzur yolundakı hərbçilər üçün zaman limiti yoxdu:

"Bunu ermənilər 2 cür həll edə bilər. Birincisi, Rusiya ilə razılaşıb zaman müddəti qoymaqla. İkincisi, üçtərəfli bəyanatdan çıxdıqlarını elan etməklə. Hər 2 halda Ermənistan bizə üzərinə götürdüyü öhdəliyə əsasən 2 şeyi verməlidi - maneəsiz yol, yol üzərində beynəlxalq qarantiya”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər