Ru
12:15 / 27 Mart 2024

Ermənistan üçün şok terapiyası

2252
“Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla həmsərhəd Tavuş rayonuna səfəri və yerli sakinlərlə görüşü zamanı bildirib ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, həftənin sonuna qədər yeni müharibə ola bilər. İlk dəfədir ki, Paşinyanı cəsarətinə və qətiyyətinə görə təqdir etmək olar. Baxaq nə qədər qətiyyətli və davamlı olacaq. Paşinyan indiyə qədər səhər bir şey, axşam başqa şey deyib. Artıq söz yox, real əməl görməliyik. Real əməl! İlk dəfədir ki, populist kimi yox, realist siyasətçi, real lider kimi illuziyalar vəd edən yox və xalqı üçün acı həqiqətləri xalqının üzünə deyən siyasətçi ola bilər”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Fuad Çıraqov deyib.


Onun sözlərinə görə, indiyə qədər Paşinyandan Azərbaycan nəyisə tələb edəndə həmişə günahı, səbəbi və ya bəhanəni ictimai rəyə bağlayaraq boyun qaçırıb. Ona görə də indiyə qədər sülh prosesində Azərbaycanın tələblərinin heç birini etimad yaradılması üçün xoşluqla verməyib, hamısını məcbur edib almışıq:


“Əgər həmin kəndlər dinc yolla qaytarılsa bu sülhə doğru böyük irəliləyiş olacaq. Paşinyan heç olmasa kiçik də olsa bir tərəfli addım atmalıdır və bu addımı şəxsən özü yox, bütövlükdə Ermənistanla birlikdə etməlidir. Çünki, biz sülhü təkcə Paşinyanla yox, Ermənistanla gələcək üçün əldə etmək istəyirik. Ermənistan qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı Azərbaycanın tələbi də bu qəbildəndir. Biz görməliyik ki, Ermənistan bu prosesdən keçərək, öz qatı milliyyətçi tabularını özü sındıraraq sülh prosesinə doğru irəliləyə bilir. Bu bir növ şok terapiyası və denasifikasiyadır. Kəndlərin qaytarılmasından sonra növbəti addım Konstitusiyadan əvvəl 1992-ci il iyunun 8-də Ermənistan parlamentində qəbul edilmiş qanunun ləğv edilməsi ola bilər. O zaman qəbul edilmiş qanuna görə Ermənistan rəsmiləri Qarabağı Azərbaycanın ərazisi kimi nəzərdə tutan heç bir beynəlxalq sənədə imza ata bilməz. Başqa sözlə, Konstitusiyanın qoyaq bir qırağa Paşinyan fiziki olaraq Qarabağı Azərbaycan ərazisi kimi nəzərdə tutan hətta çərçivə sənədinə imza atmaq hüququ yoxdu. Deyək ki, Konstitusiyanın dəyişdirilməsi çətin və uzun prosesdi, axı bu qanunu ləğv etmək bir iclasın və bir neçə saatın işidir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər