Ru
14:34 / 10 May 2024

"Ermənistanda çevriliş olacağı inandırıcı deyil" - Vahid Əhmədov

4747
“Bu Rusiyanın xəttidir - Ermənistandakı etiraz aksiyalarında din xadimlərindən istifadə edirlər. Orda həm də Köçəryan və Sərkisyan xətii var. Bütün bunların Paşinyana qarşı olduğu aydındır. Amma inanmıram ki, orda ciddi bir problem yaransın. Çünki hökumət bu məsələləri təmkinlə qarşılayır, hələk ki ciddi müdaxilə etmir. Amma əlbəttə, lazım gəlsə, müdaxilə edəcək”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov Ermənistandakı etiraz aksiyaları haqda danışarkən deyib.

O, Ermənistanda dövlət çevrilişi olacağını inandırıcı saymır:

“İnanmıram ki, Ermənistanda hansısa dövlət çevrilişi baş versin. Etirazçılar elə də ciddi qüvvə deyillər. Paşinyanın tərəfdarları onlardan faktiki olaraq dəfələrlə çoxdur”.

V.Əhmədov Qafqazda gedən ciddi proseslərə bəzi qüvvələrin təsir etməyə çalışdığını deyib:

“Faktiki olaraq, Qərb və Rusiya arasında Qafqaz uğrunda mübarizə gedir. Amma mətbuatdan da oxuyuruq ki, Paşinyan Putinlə görüşdə bir sıra məsələləri həll edib. O, praqmatik siyasətçidi, vəziyyəti düzgün anlayır. Başa düşür ki, bölgədə Azərbaycan və Türkiyə kimi iki qüdrətli dövlət fəaliyyət göstərir, onlarla münasibəti qurmasa, vəziyyəti çox gərgin ola bilər”.

V.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində proseslərdə dəyişiklik oldu:

“Ümumiyyətlə, son zamanlar ikitərəfli münasibətlərin heç kimin şikayəti olmadan getməsi çox önəmli məsələdir. Hesab edirəm ki, Cənab Prezident tamamilə düzgün siyasət apardı, daha çox ikitərəfli münasibətlərə üstünlük verdi, heç kim artıq ona müdaxilə etmir. Delimitasiya və demarkasiya prosesləri həyata keçirilir. Yəni müsbət məqamlar kifayət qədər çoxdur”.

Millət vəkilinin sözlərinə görə, erməni xalqı da mövcud reallığı başa düşməlidir:

“Ermənilər anlamalıdır ki, Türkiyə və Azərbaycan kimi qüdrətli dpvlətlə münasibət qurmalıdırlar. Əgər bu münasibət qurulmasa, gələcəkdə Ermənistanın bir dövlət kimi fəaliyyəti sual altında ola bilər”.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər