Ru
17:59 / 03 İyul 2025

Əsəbləri pozulan kişi polis avtomobilini qaçırdı

Əsəbləri pozulan kişi polis avtomobilini qaçırdı
Eye

Yaponiyada bir kişi polisdən qaçaraq onların avtomobilini oğurlayıb. Lakin sonunda o, yenə də tutulub.

Bakupost.az xəbər verir ki, bu barədə “Japan Today” qəzeti məlumat verib.

Hadisə bazar günü, iyunun 29-da Yaponiyanın Qifu prefekturasının Oqaki şəhərində baş verib. Səhər saat 5:50 radələrində bir qadın polisə zəng edərək qardaşı Takahiro Mivanın “dəli kimi davrandığını” deyib. Polis əməkdaşları onun evinə gələndə Miva artıq çöldə olub və patrul maşınının yaxınlaşdığını görəndə kolluqda gizlənib.

Mühərriki işləyən və kilidi açılmış avtomobili tərk edən polis vətəndaşa çatmaq istəsə də, onu gözdən itirib. Onlar geri qayıdanda patrul avtomobilinin yerində olmadığını görüblər. Təxminən 10 dəqiqə sonra avtomobil qaçıran şəxsin idarə etdiyi polis maşını yolda saxlanılıb. 52 yaşlı kişi həbs edilib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar