Ru
13:06 / 31 Oktyabr 2024

Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır - FOTO

Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır -  FOTO
Eye

Paytaxtın Xəzər rayonu ərazisindəki evlərin birindən 20 min manat dəyərində 400 ədəd ətçəkən maşının oğurlanması barədə polisə məlumat daxil olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşib.

Zərərçəkənin qonşuları E.Həbibli, R.Umudov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı narkotik vasitələr olan metamfetamin və marixuana da aşkar edilərək götürülüb.

Qeyd edək ki, zərərçəkən şəxs ticarət mərkəzlərindən birində ətçəkən maşınların satışı ilə məşğuldur. Onun həmin evdən anbar kimi istifadə etdiyindən xəbərdar olan qonşuları mənzildən müxtəlif vaxtlarda oğurluqlar ediblər.

Faktla bağlı araşdırmalar aparılır.

Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır -  FOTO
Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır -  FOTO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar