Ru
21:21 / 22 May 2025

Everesti fəth edən Vəfa: "100 min dollara başa gəlir" - VİDEO

Everesti fəth edən Vəfa: "100 min dollara başa gəlir" - VİDEO
Eye

Bir neçə gün öncə dünyanın ən hündür zirvəsi olan Everest (8848 m) və Lots zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Qəhrəman (Musayeva) öz təəssüratlarını bölüşüb.

Bakupost.az xəbər verir ki, V. Qəhrəman İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişində səfər haqda danışıb.

“Məqsədin olduqda, biləndə ki, sən ora nə üçün getmisən, bu səni zirvəyə aparıb çıxarır. Dayanmaq ağlımdan keçməyib. Səfər zamanı üçqat əlcək taxmağıma baxmayaraq barmaqlarımı don vurmuşdu. Amma bu yumşaq donvurmadı, açılacaq. Əgər təsadüfən əlcəyini itirsən, oradan barmaqsız qayıdacaqsan”, - o bildirib.

Vəfa Qəhrəman həmçinin Everesti fəth etməyə xərclənən vəsaiti də açıqlayıb:

“Everesti fəth etmək 60 mindən 100 min dollara kimi başa gəlir. Zirvəyə gedib-gəlmək təxminən 18, bəzi insanlar üçün isə 24 saatı əhatə edir”.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar