Ru
22:54 / 28 Mart 2023

Fazil Mustafaya qarşı sui-qəsdi kimlər törətdi və niyə məhz indi? - OPERATİV ŞƏRH

16738
Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafa bu gün axşam saatlarında evinin qarşısında gullələnib.


Maraqlıdır ki, bu hadisə Azərbaycanda xüsusi xidmət orqanlarının yarandığı gündə, özü də DTX-nin İran xüsusi xidmət orqanlarına çalişan şəxslərin həbsindən cəmi 1 gün sonra baş verib.


Qeyd edək ki, həbs olunan şəxslər özləri də etiraf ediblər ki, onlara Azərbaycanda nüfuzlu ictimai-siyasi şəxslərə qarşı sui-qəsdlər törətmək tapşırığı veriıib. Bu baxımdan Fazil Mustafaya qarşı sui-qəsdin İranın hələlik Azərbaycanda azadlıqda olan əlaltıları tərəfindən törədildiyi istisna deyil.

Onu da vurğulamaq yerinə düşərdi ki, Fazil Mustafa daim İrana qarşı sərt çıxışları ilə diqqəti çəkirdi.

Hətta bu çıxışlarına görə millət vəkili dəfələrlə sosial şəbəkədə ölümlə təhdid olunub.

Beləliklə, Azərbaycanım Tehrandakı səfirliyində törədilən terror aktı, İranın Naxçıvan sərhədinə qoşun toplaması, fars rejiminin qırıcı təyyarələrinin Azərbaycanla sərhəddə manevrlərindən sonra belə bir terror aktı gözlənilən idi.

Məqsad isə aydındır. Hərbi ritorika, hədə-qorxu, təhdidlər, terror və sui-qəsdlərlə Azərbaycan cəmiyyətində qorxu və təşviş yaratmaq…

Bu hadisə bir daha göstərir ki, İranın Azərbaycanın Qarabağ savaşında qələbəsindən sonra ölkəmizə qarşı aqressiv siyasəti yüksələn xətt üzrə davam edib. Molla rejimi Azərbaycanın Zəngəzur və Guney Azərbaycanla bagli prinsipial mövqeyini bütün vasitələrlə neytrallaşdırmağa çalışır. Bu məqsadə çatmaq üçün getdikcə daha çox resurslar cəlb olunur. Artıq Tehrandakı səfirliyimizdə va Bakıda qan tökən İran rejiminin bu addimlarını müharibə elanı kimi qəbul etmək olar.

O da sirr deyil ki, İran tərəfi bu cür terror aktlarına əl atmaqla həm də ölkə daxilindəki etirazların qarşısını almaq, diqqəti "xarici düşmənə" yönəltmək istəyir. Lakin İran rejiminin bu istəyinin effekt verəcəyi inandırıcı deyil. Çünki hazırda İranda dözülməz siyasi, sosial-iqtisadi durum davam edir, etiraz və tətillər səngiməyib.

İkincisi, getdikcə İrana qarşı xarici təzyiqlər də artmaqdadır. Suriyada İranın hərbi qüvvələrinə zərbə endirilməsi, sanksiyaların artırılması (son olaraq Kanada hökuməti bu günlərdə İrana qarşı sanksiya tətbiq etdi) da bunu təsdiq edir.

Onu da xatırladaq ki, bir neşə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken "Azərbaycan İranla böyük sərhədə malikdir, bu sərhəd qorunmalıdır" deyə açıqlama verdi. Bu açıqlama Qərbin vəziyyəti diqqətlə izlədiyini və Azərbaycana dəstək verəcəyini deməyə əsəs verir.

Güman ku, bu gun Bakıda siyasi partiya rəhbəri və millət vəkilinə qarşı terrordan sonra Türkiyənin də Azərbaycanın müttəfiqi kimi İrana təzyiqləri artacaq.

Ən nəhayət, İranın Azərbaycana qarşı düşmənçilik siyasəti Güney Azərbaycanda da soydaşlarımızın günü-gündən aktivləşməsinə səbəb olur ki, bu da İran üçun ölümcül zərbə rolunu oynaya bilər.

Son günlər Güney Azərbaycan sərhədlərindəki bayraq aksiyası, eləcə də bu gün xeyli sayda güneyli soydaşımızın Xudafərin körpüsünə gələrək Quzey Azərbaycanla həmrəylik nümayiş etdirməsi dediklərimizi bir daha təsdiq edir.

Beləliklə, İranla Azərbaycan arasında gərginlik getdikcə artır və biz yaxın günlərdə Azərbaycanın və müttəfiqlərinin cavab addımlarının şahidi olacağıq.

Zaur
Baku Post
Şərhlər
  • Şahin

    Fazil bəyi Allah qorusun,kecmiş olsun.Bu acıq terrordur.Hesab edirəm ki, dinsiz, imansız fars cəsusları daha sərt cəzalara və qadağalara məruz qalmalıdırlar.Fazil bəyi Azərbaycanın dövlət maraqlarını qoruduğuna görə terror aktı ilə qorxutmaq istəyirlər.

  • t.ədalət

    Bu terrorun törədilməsində İran tək deyil.Şübhəsiz ki burda Rusiyanın da əli var.İran və Rusiya erməni süpürgəsinin ağaclarıdırlar.Terrorçular məscidlərdə və kilsələrdə daldalanırlar.Hər iki obyekt DTX-nın müşahidə kameralarının nəzarətində olmalıdır.Terroristlərin əksəriyyəti vəzifəli şəxslərin sürücüləridir.Müəyyən qismi də özlərini səfil kimi qələmə verib binaların,məktəblərin zirzəımilərində girələnirlər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər