Ru
22:22 / 28 Mart 2023

Deputat Fazil Mustafa güllələndi - Yenilənib2

15588
Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Bakupost.az musavat.com-a istinadla xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri bildirib ki, deputat evə gələn zaman öz maşınıni evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb.

Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

***

22:31

Hazırda deputat təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılır.

Fazil Mustafanın qardaşı faktı təsdiqləyib.


***
22:53

Fazil Mustafanın qardaşı oğlu Toğrul “Qafqazinfo”ya bildirib ki, deputat hazırda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

“Hazırda əməliyyat olunur.Güllə çiynindən və ayağından dəyib. Hadisə millət vəkilinin evinin qarşısında olub. Hadisəni törədən şəxsin kimliyi hazırda bilinmir”, - deyə o bildirib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər