Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər. Paşinyan, həmçinin Ərdoğanı ötən Qurban bayramı münasibətilə təbrik edib.
Ərdoğan normallaşma prosesinin davam etdiyini, o cümlədən birbaşa ticarətin qurulması istiqamətində addımların atıldığını qeyd edib.