Ru
18:59 / 04 İyun 2025

Filipp Kirkorov karyerasına fasilə verdi: Qolu amputasiya oluna bilər

Filipp Kirkorov karyerasına fasilə verdi: Qolu amputasiya oluna bilər
Eye

Rusiyanın xalq artisti Filipp Kirkorov Sankt-Peterburq konsertində aldığı yanıq xəsarətləri səbəbilə uzunmüddətli müalicə alır və karyerasına fasilə verib.

Bakupost.az xəbər verir ki, bu barədə rusiyalı prodüser Sergey Dvortsov məlumat yayıb.

Onun sözlərinə görə, müalicə olduqca bahalıdır.

"Əldə etdiyim məlumata görə, müalicə xeyli xərc tələb edir. Ancaq onun hazırkı vəziyyəti və bərpa müddətinin nə qədər davam edəcəyi barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu, illərlə çəkəcək".

Xatırladaq ki, mayın 23-də Filipp Kirkorov təcili olaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona dirsək oynağının iltihabı - bursit diaqnozu qoyulub. Xəstəlik müğənninin konsert zamanı pirotexniki effektlərdən qolundan aldığı yanıqdan sonra yaranıb.

Həkimlərin sözlərinə görə, şəkərli diabetdən əziyyət çəkən Kirkorovda sepsis riski mövcuddur. Ən pis halda bu, amputasiyaya səbəb ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar