Ru
10:57 / 01 Fevral 2025

"Ford" daş lövhəyə çırpıldı, sürücü yerindəcə keçindi

"Ford" daş lövhəyə çırpıldı, sürücü yerindəcə keçindi
1251

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Bakupost.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzovun idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar