Ru
19:53 / 20 Sentyabr 2022

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi AÇIQLANDI

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi AÇIQLANDI
Eye

2023-cü ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.



Bakupost.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 - 30 apreldə baş tutacaq.



Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.



Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 - 12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar