Ru
16:10 / 29 Mart 2023

Fransada etirazlar yenidən alovlandı - Polis dəyənəklə müdaxilə etdi - FOTO

2680
Parisdə pensiya islahatlarına qarşı nümayişlər zamanı polislə etirazçılar arasında toqquşma baş verib.

Bakupost.az xəbər verir ki, nümayişçilər velosiped, skuter və zibil qutularını yandırıb.

Polis hadisəyə müdaxilə etmək üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Qeyd edək ki, Fransa parlamentində birbaşa qəbul edilən pensiya islahatına qarşı ölkədə 200 nümayiş keçirilib.


Ölkə daxilində enerji, nəqliyyat və təhsil kimi müxtəlif sektorların işçiləri həmkarlar ittifaqının çağırışı ilə kütləvi tətilə çıxıb.

Daxili işlər naziri Gerald Darmanin 10-cu kütləvi nümayişlərlə bağlı açıqlama verib. Darmanin nümayişlərə təyin edilmiş 13 min polis və jandarmaya təşəkkür edib. Fransalı nazir etirazlarda yaralanan 175 təhlükəsizlik qüvvələri ilə həmrəy olduğunu bildirib.

Darmanin nümayişlər zamanı 201 nəfərin saxlanıldığını qeyd edib.



Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər