Ru
13:12 / 12 May 2025

Ağdamda 10-cu sinif şagirdi dərsə BURAXILMIR - SƏBƏBİ

Ağdamda 10-cu sinif şagirdi dərsə BURAXILMIR - SƏBƏBİ
Eye

Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib.

Bakupost.az xəbər verir ki, bu barədə Modern.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb, şagird hazırda dərslərdə iştirak edir.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı görüntülər yayılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar