Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar paytaxtın Suraxanı rayonunda ağacəkmə aksiyası keçirilib.
Bakupost.az aksiya zamanı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və əməkdaşları, habelə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı Dövlət Universitetinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə 2 hektar (ha) ərazidə 500 ağac əkilib.
Məlumat üçün qeyd edək ki, 2024-cü ildə Baş Prokurorluğun təşəbbüsü əsasında icrasına başlanılan “ECOLEAD” layihəsi çərçivəsində hazırkı vaxtadək Bakı şəhərinin Suraxanı, Nəsimi, Binəqədi, Yasamal və Xətai rayonları ərazisində ümumilikdə 10 ha ərazidə 2200-dən çox ağac əkilib.
Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universiteti tərəfindən birgə həyata keçirilən ECOLEAD layihəsindən irəli gələn məqsədlərin gələcəkdə də icrası nəzərdə tutulur.
Aysel,
BakuPost