Ru
16:36 / 12 May 2025

Rusiya atəşkəs məsələsində “oyun oynayır” - Kallas

Rusiya atəşkəs məsələsində “oyun oynayır” -  Kallas
Eye

Avropa İttifaqının xarici siyasət komissarı Kaya Kallas Rusiyanı "oyun oynamaqda" günahlandırıb və Ukraynada atəşkəsə çağırıb.

Bakupost.az "The Guardian"a istinadən xəbər verir ki, Kallas Rusiyanın Ukrayna ərazisinə yenidən 100-dən çox pilotsuz uçuş aparatı buraxdığını xatırladıb və Moskvanı atəşkəslə razılaşmağa məcbur etmək üçün təzyiqi artırmağa çağırıb.


"Biz Rusiyaya təzyiq etməliyik ki, həqiqətən də sülh istəyirsə, oturub Ukrayna ilə danışsın", - deyə Kallas bildirib.

O vurğulayıb ki, prioritet atəşkəs, ardınca isə danışıqlar olmalıdır.

Avropa İttifaqının nümayəndəsi bildirib ki, "atəş altında danışıqlar mümkün deyil".

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar