Ru
10:15 / 04 Sentyabr 2024

Gecə saatlarında paytaxtı bürüyən qoxunun səbəbi

Gecə saatlarında paytaxtı bürüyən qoxunun səbəbi
Eye

Gecə saatlarından səhərə kimi şəhərin müxtəlif yerində kəskin qoxu hiss edilib.

Bakupost.az bildirir ki, bu barədə Musavat.com-a paytaxt sakinləri məlumat veriblər.

"Gecə 4-5 olardı, boğula-boğula yuxudan oyanmışıq, zibil qoxusuna bənzər bir iy gəlirdi. Xeyli gözlədik ki, bəlkə keçər, amma səhərə kimi getmədi. Yenə gecə vaxtı hansısa zavodu gizlicə işə salıb, camaatı zəhərləyirlər", - deyə Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 157 ünvanında yaşayan Səyyarə Əliyeva deyib.

Xırdalan şəhər AAAF Park sakini Türkan Qasımova da eyni şikayətlə saytımıza müraciət edib. O bildirib ki, pis qoxuya görə səhhətində problem yaşayıb.

Qeyd edək ki, onsuz da iki gündür şəhəri toz-duman bürüyüb, insanlar özlərini narahat hiss edirlər.

Bəs şəhəri bürüyən bu qoxunun səbəbi nədir?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvərlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bunları dedi:

"Tozla bağlı açıqlama vermişik, Türkmənistandan gəlib. Amma pis qoxu ilə bağlı hər hansı məlumat yoxdur".


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar