Ru
14:11 / 29 Avqust 2022

Çökən tibb məntəqəsi "dilə gəldi" - Əlac et, ey TƏBİB! - VİDEO

Çökən tibb məntəqəsi "dilə gəldi" - Əlac et, ey TƏBİB! - VİDEO
Eye

Gədəbəy rayon Mərkəzi Xəstəxanasının Fərzalı kənd məntəqəsi bərbad vəziyyətdədir.

Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Bildirilir ki, sağlamlıq ocağı hər an uça bilər.

Görüntülərdə otaqdakı pis vəziyyət, döşəmənin çökməsi, divarların çat atması əks olunub.

Hətta iddia olunur ki, işçilər iş vaxtı qorxudan məntəqənin həyətində otururlar.


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) əlaqə saxladıq.

Qurumdan bildirildi ki, görüntülər araşdırılıb məlumat veriləcək.

Səhiyyə Nazirliyindən isə qeyd olundu ki, bu məsələnin nazirliyə aidiyyəti yoxdur:

“Tibb müəssisələri TƏBİB-in tabeliyindədir”.



Aygün
BakuPost

Şərhlər
  • Həkim

    Onsuz da dağılmış səhiyyə sistemində bu ikitirəliyi nə məqsədlə yaradıblar? TƏBİB yığdığı rüvətləri kimlərlə bölüşür?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar