Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:50 / 11 Aprel 2024

Gənc şairə Mərakeşdə festivala qatılacaq - Açıqlama

14636
Gənc şairə Nigar Arif Mərakeşin “Laayoune” Beynəlxalq Ədəbi festivalında iştirak edəcək.

Bu barədə Bakupost.az -a özü məlumat verib.


O, bildirib ki, tez-tez müxtəlif ölkələrdən festivallara dəvət alır:


"Çox şadam ki, Azərbaycanlı gənc şair kimi tez-tez müxtəlif ölkələrdən kifayət qədər tanınmış Beynəlxalq Ədəbi Festivallara dəvət alıram. Məsələn, ötən ay - yəni mart ayının 21-23-də İspaniyanın “Santiago De Compostela” şəhərində “Respira” Beynəlxalq Poeziya Festivalına dəvət olunmuşdum. Həmin festivala dair antalogiyada və rəsmi saytlarında şeirlərim dərc olunsa da, çox təəssüf ki, vizada yaranan problemlərə görə gedib canlı olaraq tədbirlərində iştirak edə bilmədim.
Bu dəfə dəvət olunduğum festival aprelin 19-dan -28-dək keçiriləcək Mərakeşin “Laayoune” Beynəlxalq Ədəbi festivalıdır və festivala 5 qitədən məşhur şairlər dəvət olunub, ədəbi görüşlər və çıxışlar Mərakeşdən başqa, digər 4 şəhərdə də baş tutacaq. İnşallah, bu dəfə canlı şəkildə iştirak etmək nəsib olacaq. Bir çox ölkələr arasında Azərbaycanın da adının çəkilməsinə nail olmaq və şeirlərimi ölkə xaricində də bölüşərək Azərbaycanı təmsil etmək həm həyəcanlıdır, həm də qürurvericidir" - deyə əlavə edib.


Qeyd edək ki, N.Arif "Gəl, barışaq", "Ürəyimdən keçənlər", "Sevgi Bir Cənnət Kimidir” və s. şeirlərinin, həmçinin, "Adamların yağışı" kitabının müəllifidir. Onun ilk kitabı (“Xatirələr Otağı”) Təbrizdə işıq üzü görüb.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar