Gəncədə sərnişin avtobusu aşdı - Yaralananlar var - Yenilənib-VİDEO
7322
Gəncədə sərnişin avtobusu aşıb.
Bakupost.az xəbər verir ki, yaralananlar dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, faktla bağlı araşdırma aparılır: "Əlavə məlumat veriləcək".
***
15:32
Gəncədə sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər yaralanıb.
“Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.