Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Ali Məclisə seçkilərin dairələr üzrə lider namizədlərini açıqlayıb. Deputat seçilən şəxslər arasında şəhid yaxınları da var.
Bakupost.az -a açıqlamasında 22 saylı Şıxmahmud Seçki Dairəsindən yüksək səs toplayan Üzeyir Məmmədov deputat kimi görəcəyi işlərdən danışıb.
“Mən ümumiyyətlə, sosial sahədə işləyirəm. İnsanların bu kimi problemlərinin həlli üçün onsuz da çalışırıq. Bundan sonra da fəaliyyətimizi bu istiqamətdə quracağıq. Düşünürəm ki, indidən görəcəyimiz işlər haqda nəsə demək tezdir. Gələcəkdə öz fəaliyyətimizlə bunu göstərəcəyik”.
Xaltıralaq ki, şəhid baş leytenant Torğul Məmmədovun qardaşı Üzeyir Məmmədov 5 yanvar 1992-cı ildə Babək rayon Şıxmahmud kəndində müəllim ailəsində anadan olub. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olunub, 2014-cü ildə həmin universiteti bitirib. 2014-2015-ci illərdə N saylı hərbi hissədə xidmət keçib. 14 noyabr 2017-ci i ildən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antihisar və İstehlak Bazarında Nəzarət Dövlət Agentliyində aparıcı məsləhətçi, 15 avqust 2023-cü ildən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mudafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri vəzifəsində işləyir. Ailəlidir. İki övladı var.
Vasif Əlihüseyn
BakuPost