Ru
17:26 / 10 İyul 2025

"Görüş müsbət keçib, razılaşmalar gizli saxlanılır" - Tofiq Zülfüqarov

"Görüş müsbət keçib, razılaşmalar gizli saxlanılır" - Tofiq Zülfüqarov
Eye

“Həm erməni tərəfdən, həm də bizim XİN-dən verilən açıqlamalar demək olar ki, bir-birinə oxşar şəkildə tərtib olunub. Bu da onu göstərir ki, açıqlanan mövzular, hətta bəlkə bu mətn bu və ya digər şəkildə əvvəlcədən müzakirə olunub. Həmin müzakirələr əsasında biz oxşar mətnlər görmüşük”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov prezidentlərin Əbu-Dabi görüşünün yekunlarını şərh edərkən bildirib.

Onun fikrincə, bütün bunlar onu göstərir ki, digər mövzulara dair də geniş fikir mübadiləsi aparılıb və hansısa razılaşmalar istisna olunmur:

“Amma ümumi razılaşma mövzusu mövcuddursa, onun konkret müzakirəsi hələ də davam etməlidir. Məhz buna görə əminəm ki, razılaşdırılmış hansısa mövzular hələ də gizli saxlanılır. Çox müsbət haldır ki, bu görüşün ümumi əhval-ruhiyyəsi müsbətdir və beynəlxalq ictimaiyyətə konstruktiv mesajlar verir”, - deyə Zülfüqarov bildirib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar