Ru
13:13 / 25 İyun 2026

Güclü yağış və külək olacaq - SABAHIN HAVASI

Güclü yağış və külək olacaq  - SABAHIN HAVASI
Eye

İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. pizza sifarişi

Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22°, bəzi yerlərdə 24-26° isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar