Ru
14:41 / 07 May 2025

"Hacıqabul Quşçuluğ"un bağlanması xəbəri yalandır? - RƏSMİ AÇIQLAMA

"Hacıqabul Quşçuluğ"un bağlanması xəbəri yalandır? - RƏSMİ AÇIQLAMA
Eye

Xəbər saytlarında Zaqafqaziyanın ən böyük yumurta istehsalçısı olan "Hacıqabul Quşçuluq" şirkətinin ləğv olunduğuna dair məlumatlar yayılıb. Bildirilib ki, ləğv olunduğunu elan edən şirkət kreditorlara müraciət edərək, iki ay ərzində tələblərini AZ5423, Sabirabad rayonu, Nizam küçəsi ünvanına təqdim etmələrini istəyib.

Bəs, ən böyük yumurta istehsalçısının ləğvi nə ilə əlaqədardır?

Məsələni dəqiqləşdirmək üçün “Hacıqabul Quşçuluq Şirkəti” MMC ilə əlaqə saxladıq. Şirkətdən yayılan məlumatları təkzib etdilər.

Belə ki, “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin İnsan Resursları üzrə nümayəndəsi Babək Əhmədov Bakupost.az -a açıqlamasında bildirdi ki, yayılan xəbərlər əsassızdır:

"Şirkət fəaliyyətini davam etdirir".

“Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin marketinq şöbəsinin əməkdaşı Orxan Kərimov isə Bakupost.az-a açıqlamasında ləğv olunanın başqa şirkət olduğunu bildirib:

“Bu şirkətlər iki ayrı-ayrı adamın adına olan şirkətlərdir. Bizim şirkətin adı “Hacıqabul Quşçuluq Şirkəti” MMC-dir. Lakin ləğv olunan isə “Hacıqabul Quşçuluq” MMC-dir. Yəni bu adın yazılışında “şirkət” sözü yoxdur. İkisi də Vergilər Nazirliyində qeydiyyatdan keçiblər. Lakin bizim şirkətin istehsalı var, amma “Hacıqabul Quşçuluq” MMC-nin heç bir istehsalı yoxdur. Ləğv olunan da onların şirkətidir”.



Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar