Ru
10:29 / 01 İyul 2024

Hamarkəndə nə zaman qaz çəkiləcək? - Rəsmi açıqlama - VİDEO

Hamarkəndə nə zaman qaz çəkiləcək? - Rəsmi açıqlama -  VİDEO
Eye

Ötən gün Yardımlıda, Hamarkənd meşələrində çəkilən görüntülərlə bağlı xəbər vermişdik.


Görüntülərdən kənd sakinlərinin atla meşədən odun daşıdıqları, Hamarkəndin hələ də qazlaşdırılmadığı aydın olur.


Məsələ ilə bağlı “Azəriqaz İB”dən Bakupost.az –a açıqlama verilib:


“Qazlaşma proqramı "Azəriqaz" İB-nin mövcud resurslarına uyğun olaraq mərhələli və planlı şəkildə həyata keçirilir. Cari ilin kapital qoyuluşu proqramında Yardımlı rayonunun Hamarkənd kəndinin qazlaşdırılması nəzərdə tutulub”, deyə bildirilib.


Onu da qeyd edək ki, Milli Məclisdə Hamarkənddə doğulan iki millət vəkili - Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və tarixçi professor Musa Qasımov təmsil olunurlar.

Kəndin qazlaşdırılması ilə bağlı dəfələrlə məsələ qaldırılıb.

Sonuncu dəfə isə millət vəkili Sabir Rüstəmxanlı ötən ilin axırlarında Hamarkəndə qaz çəkilməsi xahişi ilə Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.



Elnur
BakuPost




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar