Ru
14:26 / 23 Sentyabr 2022

Dalğanın hündürlüyü 7 metr olacaq - Dənizçilərə xəbərdarlıq

Dalğanın hündürlüyü 7 metr olacaq - Dənizçilərə xəbərdarlıq
Eye

Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinə bu gün gecədən başlayaraq 26-na kimi havanın dəyişməsi ilə bağlı hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.


Bakupost.az bildirir ki, bnunla bağlı, Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzi gəmi sahiblərini, liman kapitanlarını, liman nəzarət müfəttişləri təlimatlandırıb və müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Həmçinin gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin olunub.


Məlumata əsasən, sentyabrın 23-ü gecədən başlayaraq 26-dək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2.0-4.0 metr, sonrakı inkişafda isə 5.0-7.0 metrə çatacağı proqnazlaşdırılır.


Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinin təcrübəli kapitanları bu günlər ərzində hava şəraitinə uyğun olaraq, gəmilərin hərəkətinə və limanlara giriş–çıxışına icazə verəcək.


Gündəlik iş rejimində olduğu kimi, ölkəmizin ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar