Ru
11:30 / 11 May 2023

Hərbçimiz şəhid oldu - Rəsmi

32361
Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!"
Şərhlər
  • Nəcəfli şamil

    Yardımlı rayonu televar kəndi

  • Rahil Əhmədov

    Göyçay rayonu

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər