Serbiyanın Valyevo şəhərində yerləşən “Kruşik” hərbi zavodunun ərazisində partlayış baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə yerli N1 telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış səhər yerli vaxtla təxminən 7:40-da (Bakı vaxtı ilə 9:40) baş verib. Həmin vaxt zavodda pentritlərin preslənməsi üzrə işlər aparılırmış.
"İşçilərdən biri kəsik xəsarət alıb, dörd işçidə isə tinnitus(qulaqda küy) şəklində simptomlar yaranıb. İşçilər xəstəxanaya göndəriliblər".
Zaur, BakuPost