Ru
12:26 / 09 Mart 2022

Heyf yaxanıza taxdığınız bayraqdan... - Kamran Həsənli deputatları sərt tənqid etdi - VİDEO

Heyf yaxanıza taxdığınız bayraqdan... - Kamran Həsənli deputatları sərt tənqid etdi - VİDEO
Eye

Aparıcı, jurnalist Kamran Həsənli deputatları sərt tənqid edib.


Bakupost.az –ın məlumatına görə, bu barədə video paylaşan jurnalist onların Parlamentdə susmalarına, dünyada baş verənlərə reaksiyasız qalmalarına, Ukraynaya yetərincə dəstək olmadıqlarına qəzəblənib:


“Ay deputatlar, siz nə vaxt deputat, millət vəkili olacaqsınız?! Niyə danışmırsınız? Niyə susursunuz?! Dünya dağılır, müharibə gedir siz nə vaxt danışacaqsınız? Kənardan tökülən qanları, ölən körpələri, qadınları görmürsünüz?!

Deputatın işi məhz danışmaqdır.


Amma sizin işiniz Parlamentdə əl qaldırmaq və düymə basmaqdan ibarətdir. 125 deputatdan 5-i savadlı olar ya yox... Qalan hamısı nəinki qanun yaza, adi məqalə belə yaza bilmir. Bəs siz nə işlə məşğulsunuz?

Ukraynada əhali, deputatlar, aktyorlar, hər kəs əlinə silah alıb vuruşur, siz isə baxıb susursunuz?

Axı bizim 44 günlük Vətən Müharibəmizdə nə qədər ukraynalı deputatlar, xalq tərəfimizdə, arxamızda idi.

Heyf sizdən...Heyf oturduğunuz o bahalı binadan, mindiyiniz bahalı maşınlardan, geyimlərdən...


Heyf olsun, yaxanıza taxdığınız o bayrağa ki, sizin yaxanızdadır... Ayıb olsun!”.


Daha ətraflı videoda:




Aygün

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar