Amerikalı senator Bernie Sanders ABŞ-nin İsrailə hərbi yardımlarını kəskin tənqid edib.
Bakupost.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək diqqətin əsasən Qəzza, İran və Livana yönəldiyini, amma Qərbi Şeriada vəziyyətin getdikcə ağırlaşdığını bildirib.
Sanders qeyd edib ki, 2023-cü ilin oktyabrından bəri İsrail qüvvələri tərəfindən 1000-dən çox fələstinli öldürülüb, 6 mindən artıq ev dağıdılıb və yüzlərlə qeyri-qanuni məntəqə qurulub. O vurğulayıb ki, bu şəraitdə ABŞ-nin İsrailə hərbi dəstəyini davam etdirməsi doğru deyil və yardım dayandırılmalıdır.
Senator xatırladıb ki, o, daha əvvəl İsrailə yüz milyonlarla dollarlıq bomba satışının qarşısını almaq üçün təşəbbüs irəli sürsə də, bu təklif Senatda qəbul edilməyib.
Bahar Babaşova, BakuPost