Dünən axşam saatlarında ABŞ Prezident Donald Tramp, vitse-prezident Devid Ceyms Vens, ölkənin müharibə naziri və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə birlikdə iclas keçirib.
Amma iclasda konkret olaraq nələrin müzakirə edildiyi açıqlanmayıb.
Qeyd edək ki, ABŞ ilə İran arasında 14 gün üçün nəzərdə tutulan atəşkəs rejimi artıq başa çatıb. Tərəflər arasında aparılan danışıqlarda da irəliləyiş yoxdur.
Politoloq Zərdüşt Əlizadə
Bakupost.az-a bildirib ki, mövcud vəziyyətdə ABŞ müharibəni davam etdirib-etdirməmək məsələsində seçim qarşısındadır.
Ekspertin fikrincə, Tramp geri çəkilmək üçün bəhanə axtarır ki, üzü sulu münaqişədən çıxsın:
“Bu iclasda müharibənin davamı və onun perspektivləri barədə danışıblar. Müharibənin əvvəlki üsullarla davamı ABŞ heç bir qələbə vəd etmir. İran isə hərbi əməliyyatlar yenidən başlasa, müqavimət göstərə biləcəyinə əmindir. İranın öz mövqeyindən geri çəkilməyərək, duruş gətirməsinin özü qələbədir”.
Politoloqun sözlərinə görə, indi Trampın qarşısında dayanan bir nömrəli məsələ öz imicini xilas etməkdir:
“Amerika isə 3-5 ay ərzində İranı bombalaya bilər. Amma məsələ ondadır ki, münaqişənin yaratdığı şərait dünya neft bazarında qiymətlərin bahalaşmasına gətirib çıxarıb. Bu durum da öz növbəsində bütün digər mallar bazarına da mənfi təsir göstərir. Ərzağın qiyməti qalxır. İşsizlik artır, əhalinin həyat səviyyəsi aşağı düşür. Hamı da bilir ki, yaranmış durumun səbəbi Trampın İran siyasətidir. Bu isə Trampın nüfuzuna ciddi ziyan vurur. Belə davam edəcəyi təqdirdə, noyabrdakı aralıq seçkilərdə Pespublikaçılar Partiyası ciddi məğlubiyyətə uğrayacaq. Ona görə Tramp indi seçim qarşısındadır”.
Rüfət Sultan, BakuPost
Hər hansı dağıntı və itgilərlə nəticələnən qarşı-durma, xüsusilə hərbi təcavüz və müharibədə, müdafiə olunan tərəfdən qeyri-heç bir tərəfin qələbəsi olmur? Hər hansı hərbi tətbiq tükənən Yer materikinin fiziki və canlı mühit-aləminə qarşı bağışlanmaz Cinayətdir!