Ru
12:21 / 14 İyun 2025

Hindistanda təyyarə qəzasında ölənlərin son sayı AÇIQLANDI

Hindistanda təyyarə qəzasında ölənlərin son sayı AÇIQLANDI
Eye

Hindistanda Boeing 787 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Materialda vurğulanır ki, bu rəqəm yalnız hadisə yerində meyitləri tapılaraq Əhmədabad şəhərinin xəstəxana morquna gətirilmiş insanlara aiddir. Həlak olanlar arasında yalnız təyyarənin sərnişinləri deyil, həm də yerə düşdüyü ərazidə olan insanlar da var.

Qeyd edək ki, qəza iyunun 12-də Hindistanın Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığındakı Mehaninagar bölgəsində baş verib. Təyyarə "Air India" şirkətinə məxsus olub və Əhmədabaddan Londona uçurdu.Lakin havaya qalxdıqdan qısa müddət sonra təyyarə tibb tələbələrinin yataqxanasının üzərinə çırpılıb. Ümumilikdə təyyarədə 242 nəfər olub, yalnız biri sağ qalıb.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar